IQNA

23:45 - November 15, 2019
Xəbər sayı: 3486150
"Bu gün deməliyik ki, vəhdət dialoqu təkfirçilik və təfriqəçilik düşüncəsinə qələbə çalıb. Vəhdət görüşü qalibdir, təkfirçilik dialoqu isə məhv olmaq ərəfəsindədir".

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslami Məzhəblərin Yaxınlaşdırılması Ümumdünya Təşkilatının (TƏQRİB) rəisi Ayətullah Möhsin Əraki İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən 33-cü beynəlxalq İslami vəhdət konfransında çıxış edərək deyib: "Bu gün deməliyik ki, vəhdət dialoqu təkfirçilik və təfriqəçilik düşüncəsinə qələbə çalıb. Vəhdət görüşü qalibdir, təkfirçilik dialoqu isə məhv olmaq ərəfəsindədir".

Ayətullah Əraki sevimli İslam peyğəməri Həzrət Məhəmmədin (s) mövludu münasibəti ilə konfrans iştirakçılarını təbrik edərək və Fələstinin İslami Müqavimət şəhidlərinə ülüvvi-dərəcat arzulayaraq dedi: Bu gün Əqsa məscidinin müdafiə edilməsi hər zamanda olduğundan daha çox gündəmdə olmalıdır. Bizim vəzifəmiz Fələstini qorumaqda ağırdır. Çünki Amerika və sionizm Yəmən, Suriya, İraq, Livan və Fələstində İslami Müqavimət əleyhinə məkirli planlar hazırlayır. Buna görə də ümid edirəm ki, bu konfransa toplaşanlar İslam ümmətini Fələstinin və Əqsa məscidinin müdafiəsinə qaldırılmasında təsirli rol ifa edəcəklər. Bu gün hamımız möhkəm bir vəhdətin yaranması və "əsrin müqaviləsi" planının məhv edilməsi üçün çalışmalıyıq.

Konfransın açılış mərasimində İran İslam Respublikasının prezidenti Dr. Həsən Ruhani, Bəhreyn xalqının inqilab rəhbəri Şeyx İsa Qasim, Suriyanın İslami Fondlar Naziri Şeyx Məhəmməd Əbdüssəlam, Nəcəfin İmam Cüməsi Şeyx Sədruddin və Yəmənin Tehrandakı səfiri İbrahim Deyləmi çıxış edib.

Prezidentin çıxışından sonra vəhdət mövzusunda yazılmış on əsərin təqdimatı keçirilib.

https://iqna.ir/fa/news/3856930

 

 

 

 

 

Ad:
E-poçt:
* Comment: