IQNA

22:32 - November 16, 2019
Xəbər sayı: 3486154
Misrin əl-Əzhər İslam Mərkəzinin rəisi Şeyx Əhməd Təyyib dünən, həftənin Cümə günü, 15 Noyabr 2019-cu il, Vatikanın və dünya katoliklərinin dini rəhbəri Papa Fransis ilə görüşüb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin əl-Əzhər İslam Mərkəzinin rəisi Şeyx Əhməd Təyyib dünən, həftənin Cümə günü, 15 Noyabr 2019-cu il, Vatikanın və dünya katoliklərinin dini rəhbəri Papa Fransis ilə görüşüb.

Vatikanda baş tutan görüşdə dinlərarası müştərək həmkarlıqlar, mədəni əlaqələr, sülh, dostluq, mədəni və dini tolerantlıq, insani dəyərlər və dünyada humanizm və tolerantlığın inkişafı barədə söhbət edilib.

Görüş zamanı radikalizm və irqçiliyin aradan götürülməsi və beynəlxalq sülhün bərqərar olması üçün beynəlxalq qanun və proqramların hazırlanmasının zəruri olduğu vurğulanıb.   

https://iqna.ir/fa/news/3857410

Teqlər: vatikan ، əl-əzhər ، misr ، iqna ، papa
Ad:
E-poçt:
* Comment: