IQNA

23:21 - November 17, 2019
Xəbər sayı: 3486161
Bəyaniyyədə vurğulanır ki, sionist rejimi bütün İslam dünyası üçün təhdiddir. Bu rejim Amerikanın dəstəyi ilə region ölkələrinin daxili işlərinə qarışır və müsəlman ölkələrində sabitliyi pozur.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının paytaxtı Tehran şəhərində "Ümmətin Əqsa məscidinin müdafiəsində vəhdəti" devizi ilə keçirilən 33-cü beynəlxalq İslami vəhdət konfrnasının iştirakçıları ötən gecə (16 İyun 2019) 10 bəndlik bəyaniyyə yayaraq iclası yekunlaşdırıblar.

Bəyaniyyədə vurğulanır ki, işğalçı sionist rejimi İsrail təkcə Fələstin xalqı üçün deyil, bütün İslam dünyası üçün təhdiddir. Bu rejim Amerikanın dəstəyi ilə region ölkələrinin daxili işlərinə qarışır və müsəlman ölkələrində, xüsusi ilə regionda sabitliyi pozur.

33-cü beynəlxalq İslami Birlik konfransının iştirakçıları bu bəyanatda əsrin sövdələşməsi çərçivəsində müsəlmanların ilk qibləsi olan Məsciduləqsaya təcavüzü pisləyiblər. Onlar islami ölkələrin bu müqəddəs məscidi müdafiə etmələrini istəyiblər.

Bəyanatda Məsciduləqsaya təcavüz İslam müqəddəslərinə qarşı təhlükəli bir fitnə adlandırılıb. Bildirilib ki, islami ölkələr onun qarşısında ciddi və qətiyyətli mövqe tumalıdırlar.

33-cü beynəlxalq İslami Birlik konfransında iştirak edən şəxsiyyətlər bu bəyanatda həmçinin İran İslam Respublikasının Fələstin, Məsciduləqsa və müqavimət cəbhəsinin müdafiəsi sahəsindəki prinsipial və möhkəm mövqeyinə görə təşəkkür ediblər. Onlar Amerika hökumətinin İran xalqına qarşı iqtisadi savaşı və qanunsuz hərəkətlərini pisləyiblər.

https://iqna.ir/fa/news/3857591

Ad:
E-poçt:
* Comment: