İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin birinci günü, 25 Noyabr 2019-cu il, Almaniyanın Berlin şəhərində radikal sağçılar bir məscidi bomba qoyulacağı ilə təhdid ediblər.
Məscidin məsulları yerli vaxtla saat 8:00-da radikal sağçı təşkilatların birindən e-mail alıblar. E-Maildə "bu gün məscidinizdə bir neçə bomba partlayacaq" mesajı verilmişdi. Təhdid edilən məscid məsulları tez Berlin polisinə xəbər veriblər.
Qeyd edək ki, bundan öncə də Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətində də bir məscid naməlum şəxslər tərəfindən təhdid edilmişdi.
Son aylarda Almaniyada bir neçə məscid bomba qoyulacağı ilə təhdid edilib. Bu məsələ müsəlmanların narahatçılıqlarına səbəb olub.
Almaniya polisi keçən il müsəlmanlar əleyhinə 813 cinayət qeydə alıb. Bu cinayətlərdə 54 müsəlman yaralanıb, habelə təhqir edilib və döyülüblər.