IQNA

Nəcəfdə İran konsulluğunun ətrafında təhlükəsizlik tədbirləri gücləndirildi

10:05 - November 28, 2019
Xəbər sayı: 3486222
İraqın Nəcəf şəhərində baş verən iğtişaşların və İran İslam Respublikasının bu şəhərdəki konsulluğuna hücumun ardınca konsulluğun ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Nəcəf şəhərində baş verən iğtişaşların və İran İslam Respublikasının bu şəhərdəki konsulluğuna hücumun ardınca konsulluğun ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Dünən, həftənin üçüncü günü, 28 Noyabr 2019-cu il, İraqın Nəcəf şəhərində iğtişaşlar baş verib və İran İslam Respublikasının ətrafında iğtişaşçılar sabitliyi pozulublar.

İraqın təhlükəsizlik qüvvələri İran İslam Respublikasının ətrafında təhlükəsizliyi gücləndirmək hədəfi ilə konsulluğa gedən küçələri ciddi nəzaratə götürüblər.

İraqda son həftələrdə başlayan iğtişaşlar bəzi əyalətlərdə dünən daha şiddətli olub. Etirazçılar dövlətdən siyasi və iqtisadi islahatların aparılmasını tələb edirlər. Xarici qüvvələr xalqın etirazlarını öz məkirli planlarının həyata keçirilməsi yönündə istifadə etmək istəyirlər. Bundan öncə də bir qrup iğtişaşçı etirazçıların sıralarına girərək Kərbəla şəhərində İran İslam Respublikasının konsulluğunun binasına hücum etmişdilər. Görünən budur ki, döyüş meydanında məğlubiyyətə uğrayan Amerika və sionist rejimi İraqda qalan İŞİD qalıqlarının vasitəsi ilə iki dövlətin və xalqın əlaqələrini pisləşdirməyə və iki müsəlman xalqı bir-birinə düşmən etməyə çalışırlar.

https://iqna.ir/fa/news/3860175

captcha