IQNA

12:57 - December 10, 2019
Xəbər sayı: 3486289
Çexiya məhkəməsi müsəlman xanım Ayan Camal Əhmədnuurun hicab taxmaq hüququnu müdafiə edib və tibb məktəbinə qarşı ddiasını təmin edib. 
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çexiya məhkəməsi müsəlman xanım Ayan Camal Əhmədnuurun hicab taxmaq hüququnu müdafiə edib və tibb məktəbinə qarşı ddiasını təmin edib. 
Ali Məhkəmə Somalidən olan qızın tərəfini tutaraq, daha əvvəl rayon və Praqa şəhər məhkəmələri tərəfindən rədd edilmiş  tibb məktəbinə qarşı iddiaları təmin edib. 
Məhkəmə nəzəri dərslər zamanı hicab geymək qadağasını səbəbsiz sayıb.
Ali Məhkəmə, həmçinin qeyd edib ki, Çexiya dini plüralizmi qəbul etməli və tolerant olmalıdır. Həmçinin, dini ayrı-seçkilik etməməlidir.
İndi Praqa rayon məhkəməsi yenidən bu işə baxmalıdır.
Qız məhkəməyə 2013-cü ildə müraciət edib. Ayan Camal Əhmədnuur, direktorun yalnız əvvəlcədən razılaşdırıldığı kimi praktik dərslərdə deyil, həm də adi dərslərdə hicabı çıxartmağı tələb etməsindən sonra orta tibb məktəbində oxumağı dayandırmışdı.
İddiaçı məktəbin ondan üzr istəməsini və 60 min kron təzminat ödəməsini tələb etmişdir. /maide/
Ad:
E-poçt:
* Comment: