IQNA

23:20 - December 16, 2019
Xəbər sayı: 3486319
Hindistanın Banqalor şəhərində təşəbbüskar və iqtisadi sahədə aktiv olan müsəlman qadınlar bir yerə toplanaraq gələcək planları müzakirə ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın Banqalor şəhərində təşəbbüskar və iqtisadi sahədə aktiv olan müsəlman qadınlar bir yerə toplanaraq gələcək planları müzakirə ediblər.

Qadın Təşəbbüskarlar Dərnəyi (Association of Women Entrepreneurs) tərəfindən təşkil edilən görüşdə 100-dən çox qadın öz təcrübələrini bölüşüblər.

Onlar müsəlman qadınlar haqqındakı ümumiləşmiş mənfi standartları ortadan qaldırmaq və öz fikirlərin paylaşmaq məqsədilə bu görüşün təşkil edildiyini bildiriblər.

Dərnəyin məqsədi qadın təşəbbüskarların fəaliyyətini dəstəkləmək və onlar arasında əlaqələri gücləndirməkdir.

https://iqna.ir/fa/news/3864191

 

Ad:
E-poçt:
* Comment: