IQNA

11:27 - December 18, 2019
Xəbər sayı: 3486333
Əbuzər İbrahimi Türkəman deyib: İran İslam Respublikası İslam ümmətinin vəhdəti qarşısındakı problemləri nəzərə alaraq “İslam dünyasının mədəni dialoqları layihəsi”nin icrasını təklif edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin Çərşənbə axşamı günü, 17 Dekabr 2019-cu il, İSESCO-ya (İslami təhsil, elm və mədəniyyət təşkilatı) üzv ölkələrin mədəniyyət nazirlərinin XI iclası başlayıb.

İclasda İran İslam Respublikasını İslami əlaqələr və mədəniyyət təşkilatının rəisi Əbuzər İbrahimi Türkəman təmsil edib.

Türkəman deyib: İran İslam Respublikası İslam ümmətinin vəhdəti qarşısındakı problemləri nəzərə alaraq “İslam dünyasının mədəni dialoqları layihəsi”nin icrasını təklif edir.

O əlavə edib: Bu gün biz buraya öz İslami kimliyimiz ilə toplaşmışıq. Bununla fəxr edirik. Amma İslami cəmiyyətlərdəki qafillik bizim fəxr ediləcək və şərəfli kimliyimizi qanadlanıb yüksəlməyə qoymur. Qafillik modern cahillikdir. Bu gün İslam dünyasının problemi bildiyi halda agah olmaması və qafil olmasıdır. Yəni informasiya əsrinin cahilliyi. Bunun isə mənşəyi öz ağıl və dərkimizə güvənimizin olmamasıdır. Başqa sözlə desək: “var” və “olmaq” arasında çəkişirik. Dinin bəşərdən gözləntisi insanın hüşyar, ədalətli, saleh, insanları sevən və pərhizkar olmasıdır. Radikalizm isə bunun qarşısını alır. Radikalların getdiyi yol sülh ilə məsafəni çoxaldır.  

İran İslam Respublikasının Mədəni İnqilab Ali Şurasının üzvü vurğulayıb: İnsanın öz gövhərindən xəbərsiz olması və yaranışın hədəfindən qafil qalması insanı radikallaşdırır, onu təkfirçi xəyyalara sürükləyir və özünü insanların canının sahibi hesab edir. Özünə hər kimi istədi öldürmək haqqı verir. Bu, modern cahiliyyət deyilmi?

O, çıxışının davamında deyib: Özünü mütləq doğru hesab etmək modern cahiliyyətin əlamətlərindəndir. İnsanı özünü Allahın yerinə oturdur və öz hökmlərini müqəddəs hesab edir və onları yerinə yetirməyi hər kəsə vacib sayır. Başqalarının düşüncəsinə hörmət etməyi lazım bilmir. Bu zaman sülh anlayışı kənara gedir. Çünki sülhü yaratmaq üçün başqalarının fikir və düşüncələrinə hörmət etmək şərtdir.

Türkəman vurğulayıb: Təəssüflər olsun ki, modern cahiliyyət elm və texnologiya silahı ilə təchiz edilib. Dağıdıcı təsirləri daha çoxdur və bütün dünyanı əhatə edə bilir. Buna görə də bu gün quru məzhəbi çəkişmələr yerinə dini rəhbərlərin ağıl və məntiqə qayıtmaları inkarolunmaz bir zərurətdir.  

https://iqna.ir/fa/news/3864921

Ad:
E-poçt:
* Comment: