IQNA

22:45 - December 22, 2019
Xəbər sayı: 3486347
Sosial şəbəkələrdə fəaliyyət göstərən səhifələrdə "Ayətullah Sistaninin dəftərxanası” adı ilə açılan hesabların bu ofisin rəsmi internet portalı ilə heç bir əlaqəsi yoxdur və yalan məlumatları paylaşır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, şiələrin təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyid Əli Sistaninin Nəcəf şəhərində yerləşən dəftərxanası mərcəiyyət ofisi ilə bağlı hər hansı bir sosial şəbəkə hesabının olmasını təkzib edib və mərcəiyyətin adına açılmış sosial hesabları saxta adlandırıb.

Həzrət Ayətullah Üzma Seyid Əli Sistaninin dəftərxanası bu gün (22 Dekabr 2019) sosial şəbəkələrdə onların adına fəaliyyət göstərən səhifələrlə bağlı açıqlama verərək deyib: Sosial şəbəkələrdə fəaliyyət göstərən səhifə və hesabların, o cümlədən “telegram” sosial şəbəkəsində Ayətullah Sistaninin dəftərxanası” adı ilə açılan kanalın bu ofisin rəsmi internet portalı ilə heç bir əlaqəsi yoxdur və yalan məlumatları paylaşır.

Bəyaniyyədə deyilir: Biz möminlərə xəbərdarlıq edirik ki, belə sosial səhifə və hesablara güvənməsinlər və onları boykot etsinlər. Və vurğulayırıq ki, Ayətullah Sistaninin rəsmi dəftərxanasının heç bir sosial şəbəkə (facebook, vatsap, telegram, intagram) hesabı yoxdur. Ayətullah Sistaninin ofisi adından fəaliyyət göstərən hər hansı bir sosial şəbəkə hesabının etibarı yoxdur və saxtadır.

Həzrət Ayətullah Üzma Seyid Əli Sistaninin dəftərxanası yeganə rəsmi məlumat qaynağı “www.sistani.org” saytıdır.

https://iqna.ir/fa/news/3865938

Ad:
E-poçt:
* Comment: