IQNA

21:21 - December 23, 2019
Xəbər sayı: 3486350
ABŞ-da Sent-Martin Müsəlman İcmasına 13 ildən sonra nəhayət ki, məscid inşa etməsinə və məzarlıq salınmasına icazə verilib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ-da Sent-Martin Müsəlman İcmasına 13 ildən sonra nəhayət ki, məscid inşa etməsinə və məzarlıq salınmasına icazə verilib.
2006-cı 5,67 hektarlıq ərazi alan Sent-Martin Müsəlman İcması yerli əhalinin buna qarşı çıxmasına görə məscid və icma binasının inşası, həmçnin məzarlıq salınması üçün rəsmi qurumlardan 13 ildir icazə almaq mümkün olmamışdı.
İcmaya müxalif olanlar layihəyə qarşı çıxmalarını tıxacların yaranma ehtimalı, səs-küy və suyun çirkləndiriləcəyi ilə əsaslandırmağa çalışıblar.
Sent-Martin Müsəlman İcması isə layihələrin standartlara uyğun həyata keçiriməsi üçün 3 milyard dollar ayrıldığını və ehtimal olunan bütün narahatlıqların nəzərə alındığını açıqlayıb.
Qeyd edək ki, Sent-Martin Santa-Klara qəsəbəsində yerləşir və əhalisi 10 min nəfərdən azdır.
Teqlər: qəbiristanlıq ، məscid ، İQNA
Ad:
E-poçt:
* Comment: