IQNA

21:45 - December 23, 2019
Xəbər sayı: 3486352
Hindistanda miqrantlar barədə fərqli və müsəlmanların əleyhinə olan qanuna etiraz edən müsəlmanlara Hindistanlı nazir qapını göstərib: "müsəlmanlar istədikləri ölkəyə gedə bilərlər".

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanda miqrantlar barədə fərqli və müsəlmanların əleyhinə olan qanuna etiraz edən müsəlmanlara Hindistanlı nazir qapını göstərib.

Hindistanda vətəndaşlıq barədə yeni qanun layihəsinə görə bu ölkəyə sığınmış qeyri-müsəlmanlara vətəndaşlıq çox sadə üsulla verilir, amma müsəlman miqratnlar vətəndaşlıq ala bilməzlər. Bu isə Hindistanda yaşayan müsəlmanlar kütləvi etirazlarına səbəb olub.

Nagpur şəhərində keçirilən etiraz aksiyalarına münasibət bildirən Nəqliyyat naziri Nitin Gadkari deyib: Pakistan, Əfqanıstan və Banqladeş müsəlmanları istədikləri müsəlman ölkəsinə sığına bilərlər. Amma qeyri-müsəlman azlıqların zorakılıqla üzləşdikləri zaman Hindistandan başqa sığınacaq yerləri yoxdur.

O əlavə edib: Bu üç ölkədən Hindistana gələn müsəlmanlar öz ölkələrindən qovulmayıblar, halbuki hindular, xristianlar, sikh, ceyn və digər dinlərdən olanlar qaçqın sayılırlar.

https://iqna.ir/fa/news/3865977

Ad:
E-poçt:
* Comment: