IQNA

Qəzzada müsəlman və xristianlar həmrəylik nümayiş etdiriblər

12:18 - December 27, 2019
Xəbər sayı: 3486374
Fələstinin Qəzza şəhərində 2020-ci ilin milad bayramı münasibəti ilə keçirilən bayram tədbirləri müsəlman və xristianların həmrəyliyindən gözəl görüntülər yaradıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstinin Qəzza şəhərində 2020-ci ilin milad bayramı münasibəti ilə keçirilən bayram tədbirləri müsəlman və xristianların həmrəyliyindən gözəl görüntülər yaradıb.

Həzrət İsa Məsihin (ə) miladı münasibəti ilə Qəzzanın xiyabanları və ümumi meydanları bəzədilib. Bu işdə müsəlmanlar da xristianlarla həmkarlıq edib və həmrəylik göstəriblər.  

Qəzzanın ortodoks kilsəsinin keşişləri müsəlmanların bayram mərasimində iştirak etməsini böyük həmrəylik və dostluq mesajı hesab ediblər.

Xristianlar müsəlmanlar tərəfindən göstərilən bu həmrəyliyi iki səmavi dinin ardıcılları arasında dostluq, qardaşlıq və sevginin güclənməsi və ailəvi əlaqələrin genişləndirilməsi kimi dəyərləndiriblər.

Qeyd edək ki, Qəzza müsəlmanlarının məscidi xristianların ortodoks kilsəsi ilə qonşudur. Yeni il mərasimi də bu kilsədə keçirilib.    

https://iqna.ir/fa/news/3866749

Teqlər: qəzza ، milad bayramı ، kilsə ، iqna
captcha