IQNA

Yəməndə Səudiyyənin dronunu vurdular

11:04 - January 02, 2020
Xəbər sayı: 3486401
Yəmənin ƏNSARULLAH təşkilatının təhlükəsizlik qüvvələri işğalçı Səudiyyə Ərəbistanın bir ədəd pilotsuz təyyarəsini (PUA/Dron) iki ölkənin sərhədində casusluq əməliyyatı apararkən vurublar.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən axşam saatlarında (1 Yanvar 2020) Yəmənin ƏNSARULLAH təşkilatının təhlükəsizlik qüvvələri işğalçı Səudiyyə Ərəbistanın bir ədəd pilotsuz təyyarəsini (PUA/Dron) iki ölkənin sərhədində casusluq əməliyyatı apararkən vurublar.  

Yəmənin ƏNSARULLAH təhlükəsizlik qüvvələri, xalq könüllüləri komitələri və Yəmənin silahlı qüvvələrinin təşkil etdiyi hava hücumundan müdafiə gücləri Ərəbistanın casusluq PUA-sını Səudiyyənin cənubunda yerləşən Cizan əyalətində yerə salıblar.

Son günlərin xəbərlərinə görə Yəmən hərbiçiləri Suədiyyənin bir neçə PUA və Dronunu məhv ediblər.  

https://iqna.ir/fa/news/3868345

Teqlər: iqna ، pua ، dron ، Ənsarullah
captcha