İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Həşduş-Şəəbi silahlı qüvvələrinin nəzdində fəaliyyət göstərən “Əsaibu Əhlil-Həqq” hərbi təşkilatı General-Leytenant Şəhid Qasim Süleymani, Əbu Mehdi Mühəndis və silahdaşlarını terror edən Amerika PUA-sı Küveytdən uçub.
İraqın Həşduş-Şəəbi silahlı qüvvələrinin nəzdində fəaliyyət göstərən “Əsaibu Əhlil-Həqq” hərbi təşkilatının elanında deyilir: Amerikanın MQ-9 zərbəçi PUA-sının Qətərdən uçması barədə xəbərlər yalandır. Əldə olunan məlumata əsasən bu PUA Küveytin “Ali as-Salim” hərbi hava limanından uçub.