IQNA

Omanın padşahı dünyadan getdi

9:06 - January 11, 2020
Xəbər sayı: 3486477
Cümə günü, 10 Yanvar 2020-ci il, axşam saatlarında Omanın padşahı Sultan Qabus bin Səid 79 yaşında ikən düyasını dəyişdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Cümə günü, 10 Yanvar 2020-ci il, axşam saatlarında Omanın padşahı Sultan Qabus bin Səid 79 yaşında ikən düyasını dəyişdi.

Oman kütləvi informasiya vasitələrinin və Omanın Dövlət İnformasiya Agentliyinin bu barədə yaydığı məlumata əsasən Sultan Qabus uzun müddət xəstə həyatı yaşayıb.  

Sultan Qabus ibn Səid müasir dövrdə ən uzun müddətdə hakimiyyətdə qalmış Ərəb şahıdır.

O, bir neçə il idi ki, xəstəlikdən əziyyət çəkirdi. Beynəlxalq xəbər agentlikləri onun uzun bağırsağın xərçənginə tutulduğunu yazırdı.

Oman Sultan Qabusun dövründə region problemlərində daha çox diplomatik rol ifad edirdi.

Sultan Qabusun övladı olmadığı üçün Oman Krallıq Şurası üç gün ərzində yeni sultan seçməlidir.

https://iqna.ir/fa/news/3870580

Teqlər: iqna ، oman ، Sultan Qabus
captcha