IQNA

14:54 - January 17, 2020
Xəbər sayı: 3486516
İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei cümə namazının birinci xütbəsində  ilahi təqvadan danışıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei cümə namazının birinci xütbəsində  ilahi təqvadan danışıb:

“Əgər şəxsi və ictimai işlərdə  uğur istəyiriksə bunun yolu təqvadadrı.  Hamımız çalışmalıyıq ki,  ilahi təqvanı öz işlərimizdə meyar  seçək”. 

Daha sonra İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei son iki həftədə baş verən hadisələrə münasibət bildirib:

“Son iki həftə bizim üçün macəra dolu və müstəsna  həftələr oldu.  Bu iki həftədə İran xalqı üçün  acı, şirin və ibrət götürüləsi hadisələr baş verdi.  Həmin günlər ki,  Qüds Briqadasının komandirinin tökülmüş qanına hörmət əlaməti olaraq  İraqda və İranda milyonlarla insan meydanlara axışdı və dünyanın ən böyük dəfn və vida yürüşünü təşkil etdilər.  Əyyamullahdan (Allahın günlərindən) idi.  Həmin gün ki İslam İnqilab Keşikçilər Korpusunun raketləri  ABŞ bazasına zərbələr endirdi, Əyyamullahdandır. 41 ildən sonra bu misilsiz cəmiyyəti  hansı güc  meydana gətirdi.  Bu göz yaşları,  eşq və həyacanı kim yaratdı?  Allahın gücündən başqa hansı səbəb belə bir möcüzəni göstərə bilərdi? Bu hadisələrdə Allahın gücünü görməyən və öz maddi  analizləri ilə hadisələrə yanaşan geridə qalıb.  İlahi iradə  bu xalqın qələbəsinədir.” 

Ayətullah Xamenei deyib ki,  general Süleymaniyə qarşı terror edilməsi qorxaqcasına bir addım idi: “Bu ABŞ üçün üzüqaralıq gətirdi.  Əvvəllər bu cür işi bölgədə sionist rejim edirdi. ABŞ prezidenti terror etdiyini etiraf etdi.  Bundan böyük rüsvayçılıq olar? Sepahın  güclü cavabı  isə düşündürücü idi.  Bu hərbi zərbə idi lakin,  bundan üstün  hegemon ABŞ-ın heysiyyətinə vurulmuş olmasıdır." 

Sepahın Qüds Briqadasının  zəiflərin və müqəddəs məkanların  qorunmasında rolundan danışan Ayətullah Xamenei bildirib ki,  ölkəmizin  təhlükəsizliyinin təmini general Süleymaninin komandanlığı ilə uzun illər bu mömin gənclərin  əlində olub.

“Qəzza və Fələstinə də gedirlər, lakin  bizim özümüzçün də  sabitlik yaradırlar. “Nə Qəzza, nə Livan” şüarı verən aldanmışlar öz canlarını yox, bəlkə heç  İran uğrunda  mallarından və manafelərindən belə keçməyə hazır deyillər. 

İran xalqı göstərdi ki,  müqavimətə və müqavimət tərəfdarlarına sevgiləri var  və bu tərəfdarlar  heç vaxt təslim olmayacaqlar."  

ABŞ-dakı təlxəklər yalandan və arsızcasıa deyirlər ki, İran xalqının  yanındadırlar. Baxın görün İran xalqı kimlərdir?  İran xalqı  əziz generalın fotosunu təhqir edən o bir neçə yüz nəfərdir? Yoxsa  İran xalqı  milyonluq iştirakı ilə  küçələrə axışan insanlardır?

Ayətullah Xamenei bildirib ki, bəziləri  İran xalqının Allah günlərini (əyyamullahlarını)  unutdurmağa çalışır.  “Bu təssüfedici hadisələrdən biri də  təyyarə qəzasıdır. Acı hadisə idi və bizim qəlbimizi sözün həqiqi mənasında  yandırdı.  Xalqımızdan olan gəncləri və  digər ölkələrdən olan  əziz insanları itirmək, çox acı idi.  Lakin bəziləri  ABŞ televiziyaları, İngiltərə radiyolarının göstərişi ilə  çalışıdılar ki, iki əziz şəhid Süleymani və Əbu Mühəndisin  şəhadətindən sonra yaranan böyük toplantını unutdursunlar.  Bu insanların  milli mənafe və  ölkə məsələlərinə qarşı heç bir maraqları yoxdur. Bəzləri gəncdir  hisslərə qapılır və aldanır, lakin bəziləri də var ki,  milli mənafeni dərk edib ona sadiq olmağı qəbul etmək istəmirlər.  Düşmən istədiyini onların dili ilə deyir.

Təyyarənin qəzaya uğraması hadisəsi bizi kədərli etidiyi, bizi yandırdığı qədər düşmənləri də sevindirdi.  Düşmən cığallıq və aldatmaqla müzakirə edir. Müzakirə masasında əyləşən “centilmenlər” Bağdad hava limanındakı terroristlərdir.  

Təyyarə qəzasında bəzi  qaranlıq məqamlar var.  Komandanlardan təşəkkür edirəm ki, xalqa aşkar məlumat verdilər. Lakin bu məsələ araşdırılmalıdır ki, oxşar hadisələrin qarşısı ciddi şəkildə alınsın.

“3 Avropa ölkəsi göstərdi ki, ABŞ-ın nökəridirlər. Milyonluq vida yürüşünün təsirini azaltmaq üçün görülən işlərdən birini də  İngiltərə, Fransa və Almaniya etdi.  Onlar nüvə prorqamına dair məsələni Təhlükəsizlik Şurasına aparacaqlarını dedilər. Təbii ki, ölkənin məsul şəxsləri onların cavabını verdi.  Bu üç ölkə müharibə dövrində  Səddama yardım edənlərdir.  Almaniya hökuməti kimyəvi silahları Səddam rejiminə verirdi. Onlar İran xalqını diz çökdürə bilməyəcək.

Daha sonra qarşıdan gələn seçkilərdən danışan Ayətullah Xamenei bildirib ki, düşmənin  seçkiləri xalqın gözündə  solğunlaşdırmaması üçün ehtiyatılı olmaq lazımdır.

https://iqna.ir/fa/news/3872175  

Ad:
E-poçt:
* Comment: