IQNA

13:11 - January 31, 2020
Xəbər sayı: 3486596
Yəmənin paytaxtı Səna, habelə ölkənin şimalında yerləşən Səda şəhəri Trampın Fələstin planına qarşı izdihamlı etiraz aksiyaları və mitinqlərin şahidi olub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin paytaxtı Səna, habelə ölkənin şimalında yerləşən Səda şəhəri Trampın Fələstin planına qarşı izdihamlı etiraz aksiyaları və mitinqlərin şahidi olub.

Səna və Səda şəhərlərində yüz minlərlə insan küçələrə axışaraq Trampın “Əsrin Sazişi” kimi tanınan Fələstin planını kəskin pisləyiblər.

Bu aksiyaların yekun bəyanatında Trampın Fələstin planı “xəbis” plan adlandırılıb və vəziyyətin bu yerə gəlib çatmasında bəzi ərəb dövlətlərinin razılığının olduğu bildirilib.

Bu bəyanatda bildirilib ki, Yəmən xalqı da öz növbəsində sözügedən plan qarşısında müqavimət göstərəcək.

Qeyd edək ki, BMT və dünya ictimaiyyətinin İsrail-Fələstin münaqişəsilə bağlı qəbul etdiyi "1967-ci ilin əraziləri əsasənda iki dövlətin təsisi prinsipi"nə baxmayaraq, ABŞ prezidenti Donald Tramp Fələstinlə bağlı yeni planı açıqlayıb. Bu plana əsasən Qüds şhərinin bütünü, İordan vadisi, İordan çayının qərb sahilində "C" katiqoriyalı ərazilərin bir qismi, burada qeyri-qanuni tikilən yəhudi yaşayış massivləri İsrailin əraziləri elan edilib.

https://iqna.ir/fa/news/3875374

Ad:
E-poçt:
* Comment: