IQNA

İslam ölkələri "əsrin sazişi" layihəsini qətiyyətlə məhkum etsinlər

23:39 - February 03, 2020
Xəbər sayı: 3486620
Bu gün (3 Fevral 2020) İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən bu günki iclasda Amerikanın sülh layihəsi adlandırdığı "əsrin sazişi" müzakirə edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün səhər (3 Fevral 2020) İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən bu günki iclasda Amerikanın sülh layihəsi adlandırdığı "əsrin sazişi" müzakirə edilib.

Səudiyyə Ərəbistanın Cəddə şəhərində keçirilən İƏT-in fövqəladə iclasında Fələstinin xarici işlər naziri Riyaz Maliki təşkilata üzv olan bütün ölkələrdən Amerika-Sinost layihəsini qətiyyətlə məhkum etmələrini, "əsrin sazişi" layihəsi ilə müxalifət emələrini və bu layihənin icrasında həmkarlıq etməmələrini istəyib.

O deyib: Amerika prezidenti Donald Trampın elan etdiyi bu "sülh" proqramı əslində Qüds və Fələstinin israil rejimi tərəfindən işğal edilməsini və Qüds Fələstin üçün paytx olmasının ləğvini qanuniləşdirmək üçün hazırlanmış mənfur hiylədir.

Riyaz Maliki vurğulayıb: Bu layihə israilin işğalçılığını gücləndirir, Qüdsü təkcə sionist rejimin paytaxtı elan edir və Əqsa məscidini məkan və zaman bölgüsü ilə parçalayır.  

"Bu layihəni uğurlu bir fürsət hesab edənlərə deyirəm ki, bu layihə təkcə israilin hərbi cinayətlərini qanuniləşdirmək və beynəlxalq qanunları öz xeyirlərinə yozmaq istəyənlərin hiyləsidir. Bu layihə dünyada sabitliyi, təhlüksəziliyi pozur və çəkişmələri çoxaldır" – deyə Makili əlavə edib.

O deyib: Öz hüquqlarımızdan sülhün reallaşması üçün bu qədər geri çəkilmişik bəsdir. İndiyədək beynəlxalq qanunlar bizim barədə çox zülm və haqsızlıq edib. Bizim vətənimizi parçlayıb və millətimizi didərgin salıb. Bu layihədə Fələstin xalqının hüquqlarının inkar edilməsi üçün hazırlanmış mənfur bir addımdır. Bizi Qüdsdə Fələstin dövləti qurmaqdan məhrum etmək və fələstini işğal edərək yəhudiləşdirmək istəyirlər.

İƏT iştirakçıları Fələstin məsələsinin beynəlxalq qanunlar əsasında ədalətli həllini və Fələstin dövlətinin 1967-ci ildəki sərhədləri əsasında və Qüdsün paytaxt olması ilə qurulmasını və BMT-nin 1948-ci ildə çıxarılmış 194 saylı qərarına əməl edilməsini tələb ediblər.     

https://iqna.ir/fa/news/3876168

Teqlər: iət ، fələstin ، iqna
captcha