IQNA

10:34 - February 05, 2020
Xəbər sayı: 3486629
Yəmənin Ali Siyasi Şurasının baş üzvü Məhəmməd Əli Husi də ötən gün öz sosial şəbəkə hesabında məlum görüşü qınayaraq yazıb: Sudan xalqı Əbdülfəttah Bürhanı bağışlamayacaq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin ƏNSARULLAH İslam Müqaviməti Hərəkatının sözçüsü Sudanın müvəqqəti keçid dövlətinin ali şurası sədrinin sionist rejimin baş naziri ilə görüşməsini qınayıb və Sudanın xalq inqilabının təhrif edilməsi və hədəfdən yayındırılması barədə xəbərdarlıq edib.

Yəmənin ƏNSARULLAH İslam Müqaviməti Hərəkatının sözçüsü Məhəmməd Əbdüssəlam ötən gün, 4 Fevral 2020-ci il, öz sosial şəbəhə hesabında Sudanın keçid dövlətinin ali şurasının sədri Əbdülfəttah Bürhanın işğalçı sinost rejiminin baş naziri ilə görüşünə işarə edərək deyib: Əbdülfəttah Bürhan müqəddəs məkanları qorunması bəhanəsi ilə Səudiyyə koalisiyasının Yəmən xalqına qarşı təcavüzünə həmkarlıq edir, amma (Qüds və Əqsa məscidi kimi müqəddəs məkanları təhqir edən) sionist rejiminin baş naziri ilə görüşür. Şayəd "müqəddəs" sözünü Sudanın da deyil, Ərəbistanın maraqları xatirinə öz lüğətindən silib.  

ƏNSARULLAH sözçüsü Sudan xalqına səslənərək onları xalq inqilabının təhfirə uğrayacağı və hədəfdən uzaqlaşdırılacağı ilə xəbərdar edib: "Sudan inqilabın hərəkət yolu islah edilməlidir. Bu iş Sudan siosnitlərin və onların davamçılarının yuvasına çevirilməmiş həyata keçirilməlidir.

Yəmənin Ali Siyasi Şurasının baş üzvü Məhəmməd Əli Husi də ötən gün öz sosial şəbəkə hesabında məlum görüşü qınayaraq yazıb: Sudan xalqı Əbdülfəttah Bürhanı bağışlamayacaq.

O əlavə edib: Netanyahunün bu görüşdən hədəfi Sudanlı muzdurları xarici müharibələrdə əl-Bürhana verdiyi içi boş vədələrin müqabilində döyüşdürməkdir.    

https://iqna.ir/fa/news/3876614

Teqlər: İQNA ، Ənsarullah ، Sudan ، Husi
Ad:
E-poçt:
* Comment: