IQNA

22:39 - February 08, 2020
Xəbər sayı: 3486650
Misrin 27-ci beynəlxalq Qurani-Kərim yarışları dünyanın 63 ölkəsindən nümayəndələrin iştirakı ilə bu gün (8 Fevral 2020) öz işinə başlayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin 27-ci beynəlxalq Qurani-Kərim yarışları dünyanın 63 ölkəsindən nümayəndələrin iştirakı ilə bu gün (8 Fevral 2020) öz işinə başlayıb.

Misrin İslami Fondlar Nazirliyinin təşəbbüsü ilə keçirilən yarışlarda 63 ölkədən 85 nümayəndə iştirak edir.

Dünya şöhrətli Misrli Quran qarisi "Əbülbasit Əbdüssəməd"in xatirəsinə həsr edilən bu yarışları müsəlman və ərəb ölkələrindən olan 10 nəfərlik hakimlər heyəti idarə edəcək.  

Bu yarışlar Qurani-Kərimin təcvid, təfsir, məfhum və hifzi üzrə dini elmlər oxuyan qız və oğlan tələbələrin iştirakı ilə keçirilir.

Yarışın qalibləri cari ilin mübarək Ramazan ayının 27-də keçirilən mərasimdə mükafatlandırılacaqlar.

https://iqna.ir/fa/news/3877307

Ad:
E-poçt:
* Comment: