IQNA

23:29 - February 13, 2020
Xəbər sayı: 3486678
Kərkük şəhərində Amerikanın hərbi bazalarından biri raket atəşinə tutulub. "K-1" Amerika hərbi bazasına hücum bu axşam (Cüməaxşamı gecəsi, 13 Fevral 2020) katyuşa raketləri ilə həyata keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın şimalında yerləşən Kərkük şəhərində Amerikanın hərbi bazalarından biri raket atəşinə tutulub.

Kərkükdə yerləşən "K-1" Amerika hərbi bazasına hücum bu axşam (Cüməaxşamı gecəsi, 13 Fevral 2020) katyuşa raketləri ilə həyata keçirilib.

Amerika silahlı qüvvələri əsgərlərinin hazırda qaldığı hərbi bazaya bir neçə raket zərbəsi endirilib.

Bu barədə Franspress xəbər agentliyi də məlumat yayaraq bu gecə İraqın şimalında Amerika hərbi bazalarından birinin hücuma məruz qaldığını xəbər verib.  

Bu hücum barədə digər məlumatlar verilməyib.

https://iqna.ir/fa/news/3878626

Ad:
E-poçt:
* Comment: