IQNA

23:41 - February 17, 2020
Xəbər sayı: 3486706
Tehran (IQNA) – Almaniyanın NDR peyk tv kanalı Hamburgda yerləşən İmam Əli (ə) İslam Mərkəzinin təsis edilməsinin 60-cı ili münasibəti ilə bu ibadət məkanının tarixçəsini əks etdirən sənədli film hazırlayıb.

Hazırda Almaniya və Avropada "Göy məscidi" adı ilə məşhurlaşan bu İslam mərkəzi Hamburg şəhərinin cazibədar turizm məkanlarından birinə çevirilib.  

Bu məscid 1960-cı ilin Fevral ayının 13-də Almaniyada yaşayn İranlı xeyriyyəçilərin maddi vəsaiti hesabına inşa edilməyə başlayıb.

Məscidi o zaman şiə dünyasının ali təqlid mərcəsi Ayətullah Üzma Seyid Hüseyn Brucerdinin (ə) nümayəndəsi Ayətullah Məhəmmədtəqi Lahici tikdirib.

Hamburgda yerləşən İmam Əli (ə) İslam Mərkəzi bütün Avropda sağlam ağıla söykənmiş, mənəviyyatlı, sülh tərəfdarı və insanların təhlükəsizliyini qoruyan İslamın carçısıdır.

3879453

Ad:
E-poçt:
* Comment: