IQNA

Həzrət Zeynəb (s) hərəmində Şəhid Paşapurun vida mərasimi keçiriləcək

22:57 - February 22, 2020
Xəbər sayı: 3486733
Tehran (IQNA) -  Suriyada "Zakir" ləqəbi ilə tanınan Qüds ordusu komandiri Şəhid Əsğər Paşapur Suriyada silahlı təkfirçi terroristlər ilə savaşda şəhid edilmişdi.

Müqəddəs ziyarətgahların müdafiəçisi və İran İslam Respublikasının Suriyadakı Qüds ordusunun komandirlərindən biri Şəhid Əsğər Paşapurun mübarək cənazəsi ilə vida mərasimi sabah (23 Fevral 2020) Dəməşqdə, Həzrət Zeynəbin (s) müqəddəs hərəmində keçiriləcək.

Onun cənazəsi son günlərdə əsir götürülmüş "Təhriruş-Şam" terrorçuları ilə dəyişdirilib.

Şəhidin cənazəsi ilə Həzrət Zeynəbin (s) hərəmində vida mərasimi keçirildikdən sonra sabah axşam (23 Fevral 2020) İran İslam Respublikasına gətiriləcək.   

3880494

captcha