IQNA

12:52 - February 28, 2020
Xəbər sayı: 3486778
Tehran (IQNA) - Səudiyyə Ərəbistanı koronavirus səbəbindən Azərbaycan da daxil olmaqla, 22 ölkənin vətəndaşlarına turist vizalarının verilməsini dayandırıb.

Səudiyyə Ərəbistanı "korona" virusuna görə Ümrə Həcci səfərlərini dayandırıb. Bu barədə Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Səudiyyə Ərəbistanı koronavirus səbəbindən Azərbaycan da daxil olmaqla, 22 ölkənin vətəndaşlarına turist vizalarının verilməsini dayandırıb. 

Bildirilir ki, siyahıda Azərbaycandan başqa, Çin, İran, İtaliya, Koreya, Yaponiya, Tailand, Malayziya, İndoneziya, Pakistan, Əfqanıstan, İraq, Filippin, Sinqapur, Hindistan, Livan, Suriya, Yəmən, Qazaxıstan, Özbəkistan, Somali və Vyetnamın da adı var.

Xatırladaq ki, dünən Səudiyyə Ərəbistanı Məkkədə Ümrə (kiçik həcc) yerinə yetirmək və Mədinədəki Peyğəmbər məscidini ziyarət etmək məqsədilə ölkəyə girişin müvəqqəti olaraq dayandırılması barədə qərarını açıqlamışdı.

3881784

 

Teqlər: Həcc ، Ümrə ، korona virusu
Ad:
E-poçt:
* Comment:
* captcha: