Sahartv-nin xəbərinə görə, İraqın xalq səfərbər təşklatı- Həşduşşəbi dünən gecə bildirib ki, bu səyyar xəstəxananın inşası koronavirusla mübarizə istiqamətində müalicə orqanlarına yardım üçün ehtiyat tədbirlərinin görülməsi məqsədilə həyata keçirilir. Bu səyyar xəstəxanada yüz çarpayı və tibbi ləvazimat var.
İraq hökumətinin son rəsmi məlumatına görə, indiyədək bu ölkədə 316 nəfər koronavirusa yoluxubdur ki, bu miqdardan 27 nəfər həyatını itiribdir.