IQNA

10:54 - March 27, 2020
Xəbər sayı: 3486962
"Əvvəlcə İraq prinsipinə əsaslanan xarici siyasət həyata keçirəcəyik. İraqı maraqlar toqquşmasına çevirən regional və beynəlxalq qarşıdurma mühitindən uzaq saxlayacağıq", - deyə Adnan Zurfi bildirib.

"Əvvəlcə İraq prinsipinə əsaslanan xarici siyasət həyata keçirəcəyik. İraqı maraqlar toqquşmasına çevirən regional və beynəlxalq qarşıdurma mühitindən uzaq saxlayacağıq", - deyə Adnan əz-Zurfi sosial şəbəkə hesabından bildirib.

Maide.Az bildirir ki, bütün qonşu, bölgə ölkələri və beynəlxalq ictimaiyyət üçün açıq olacaqlarını söyləyən Zurfi, bunun ölkənin suverenliyinə və müstəqilliyinə zərər vermədən edəcəyini vurğulayıb.
 
Zurfi həmçinin Bağdaddakı siyasi qruplar və partiyalarla kabinetin qurulması və hökumət proqramı haqqında da danışıb.
 
Qeyd edək ki, parlament qruplarından olan "Fəth" Koalisiyası və keçmiş baş nazir Nuri əl-Malikinin rəhbərlik etdiyi Hüquq Dövlət Koalisiyası Zurfiyə qarşı müxalifdirlər.
 
Bu qruplar prezident Berhem Salihin Zurfiyə ABŞ-ın tələbi ilə hökuməti qurmaq səlahiyyəti verdiyini bildirirlər. Ona bu səlahiyyət 17 martda verilib. Məclisdə keçmiş baş nazir Heydər əl-Vadinin rəhbərlik etdiyi "Nasser" Koalisiyasının qrup rəhbəri olan Zurfi 2004-2005, 2009-2013 və nəhayət 2013-2015-ci illərdə üç müddət Nəcəf valisi vəzifəsini icra edib. O, İraqla bərabər, həm də ABŞ vətəndaşıdır.
 
Teqlər: iraq ، adnan zurfi ، bağdad ، hökumət
Ad:
E-poçt:
* Comment: