IQNA

11:14 - March 27, 2020
Xəbər sayı: 3486964
Tehran (IQNA) - İsrail rejiminin kəşfiyyat orqanı olan MOSSAD ölkələrin bir-birinə həmrəylik üçün göndərdikləri sağlamlıq vasitələrini oğurlayır.

Dünya bir-biri ilə həmrəylik içərisində koronavirusla mübarizə apardığı bir vaxtda ABŞ və İsrail özlərindən başqa heç kim üçün tüklərini belə tərpətmirlər. İsrail rejiminin kəşfiyyat orqanı olan MOSSAD ölkələrin bir-birinə həmrəylik üçün göndərdikləri sağlamlıq vasitələrini oğurlayır. Çoxlu sayda itmiş vasitələrin taleyi məlum olmasa da, bütün məlumatlar yenidən MOSSAD-ı göstərir.

Nazirlik başqa, MOSSAD başqa şey danışır
Türkiyənin "Milli Qəzeti" xəbər verir ki, İsrail rejiminin Səhiyyə Nazirliyinin direktor müavini İtamar Grotto, bir müddət əvvəl MOSSAD-dan koronavirus test dəsti istədiklərini, lakin MOSSAD-ın fərqli dəst gətirdiyini söyləyib. Grotto adı açıqlanmayan iki ölkədən yüz min test dəsti gətirən (oğurlayan) MOSSAD-ın səhv dəstləri gətirdiyini (oğurladığını) söylədikdən sonra MOSSAD dərhal açıqlama yayıb. MOSSAD-ın cavabında, onlardan tələb olunan dəstlərin gətirildiyini iddia edib. Oğurluğu etdiyi cinayətlə sübut olunan MOSSAD elə öz nazirlikləri tərəfindən günahlandırılıb. İsraildə dərc olunan "Hayom" qəzetinin yazdığına görə, oğurluq əməliyyatını MOSSAD rəhbəri Yossi Kohen tərəfindən idarə edilib, 4 milyon ədəd də yoldadır.
6 milyon ədə maska yox çıxıb
Bu hadisənin mürəkkəbi qurumamış daha bir hadisə baş verib. Almaniyanın sifariş etdiyi 6 milyon maska ​​Keniyada yoxa çıxıb. Müdafiə Nazirliyi tərəfindən xəstəxanalarda istifadə üçün sifariş verilən maskaların Keniya hava limanında itməsi barədə açıqlama verilib. Mövzuyla əlaqədar istintaq başladılıb. Alman kəşfiyyat xidməti BND məsələyə səssiz qalsa da, MOSSAD-ın səhv dəstləri oğurladıqdan sonra baş verən bu hadisə diqqəti İsrail rejiminin kəşfiyyat xidmətinə çevirib. MOSSAD-ın dəstləri oğurladığı iki ölkənin adı hələ də sirrdir. Digər tərəfdən, Avropadan da çoxlu sayda maska ​​və dəst oğurlanır. Fransada 8 min 300 qutu maska ​​oğurlanıb və Fransa prezidenti Makron bir açıqlama vermək məcburiyyətində qalıb.
Teqlər: MOSSAD ، ABŞ ، İsrail ، tibbi maska
Ad:
E-poçt:
* Comment:
* captcha: