IQNA

22:38 - April 03, 2020
Xəbər sayı: 3487009
Dünyanın 50 təşkilatı Myanmardan olan müsəlmanların sığındığı Koks Bazar bölgəsindəki düşərgələrdəki məhdudiyyətlərin ləğv edilməsini tələbi ilə Banqladeş prezidenti Şeyx Hasinaya məktub göndərib.
Human Rights Watch (HRW) daxil olmaqla 50 təşkilat Myanmardan olan müsəlmanların sığındığı Koks Bazar bölgəsindəki düşərgələrdəki məhdudiyyətlərin ləğv edilməsini tələbi ilə Banqladeş prezidenti Şeyx Hasinaya məktub göndərib.
 
Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, məktubda bildirilir ki, koronavirus epidemiyasına görə qaçqınların hərəkətinin məhdudlaşdırılmasının, internet və mobil telefon qadağalarının ağır nəticələri ola bilər.
 
"Biz mobil internet məhdudiyyətlərini ləğv etməyə və qaçqın düşərgələri ətrafında tikanlı məftil çəpərlərinin inşasını dayandırmağa çağırırıq", - deyilən məktubda, baş verə biləcək epidemiyadan bölgə xalqının da əziyyət çəkəciyi vurğulanır. 
 
Məktubda qaçqınlara aid 12 mindən çox sim kartın Banqladeş hökuməti tərəfindən müsadirə olunduğu xatırladaraq, ""Kovid-19"un qaçqınlar, humanitar yardım əməkdaşları və bütün Banqladeş xalqı arasında yayılmasını yavaşlatmaq üçün məlumat əldə etmək, bunu üçün də internet və mobil telefonu vacibdir, - deyə bildirilir.
 
Banqladeşin "Kovid-19"lə bağlı tədbirlər görülməsi üçün Myanmardan olan qaçqınlarla işin milli və beynəlxalq təşkilatlara təslim edilməsinin vacibliyi bildirilir.
 
Banqladeş daxili işlər naziri Asaduzzaman Han Kamal insan haqları təşkilatlarının narahatlığını görməzliyə vuraraq, "Anadolu" agentliyinə belə deyib: "İnternetə giriş sərbəstdir, lakin bəzi qrupların zərərli istifadəsinin qarşısını almaq üçün məhdudlaşdırılıb."
 
Düşərgələrin ətrafında tikanlı çəpərlərin çəkilməsini dəstəkləyən Kamal, "gizli şəkildə Myanmara gedən bəzi arakanlılar qaçaqmalçılıq işinə girişiblər. Terrorçu qruplar da arakanlıları öz sıralarına cəlb etməyə çalışırlar", - iddiasını irəli sürüb. 
 
Xatırladaq ki, 2012-ci ildə Myanmarın Arakan əyalətində buddistlər müsəlmanlar yaşayan bölgələrə hücumlar etdilər. Hücum zamanı minlərlə müsəlman öldürüldü, yüzlərlə ev və müəssisə yandırıldı. Myanmar ordusu və buddistlər 25 avqust 2017-ci ildə Arakanda sərhəd postlarına hücum təşkil etdiklərini əsas gətirərək müsəlmanlara qarşı kütləvi zorakılıq aktlarına başladılar.
 
Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, 2017-ci ilin avqustundan sonra Arakandakı zülmdən qaçaraq Banqladeşə sığınanların sayı 900 minə çatdı. Beynəlxalq insan haqları təşkilatlarının yayımladığı peyk görüntülərindən yüzlərlə kəndin məhv edildiyi görünür. BMT və beynəlxalq insan hüquqları təşkilatları Arakanlı müsəlmanlara qarşı zorakılığı "etnik təmizləmə" və ya "soyqırım" adlandırır.
Teqlər: kovid-19 ، covid-19 ، corona virus ، myanma ، raxin
Ad:
E-poçt:
* Comment:
* captcha: