IQNA

1:12 - April 12, 2020
Xəbər sayı: 3487066
Tehran (IQNA) -  Fransanın paytaxtı Paris şəhərinin mərkəzi Came məscidinin idarə heyəti mübarək Ramazan ayı ilə bağlı bəyanat yayıb.

Tabeliyində 300 məscid olan Mərkəzi Came Məscidi yayımladığı bəyanatda müsəlmanlara Ramazan ayında koronavirusun qarşısının alınması hədəfi ilə məscidlərə gəlməmələri barədə xəbərdarlıq edib.

Fransanın paytaxtı Paris şəhərinin mərkəzi Came məscidinin idarə heyətinin bəyanatında deyilir: Məscid müsəlmanların çox və sıx toplaşdığı bir məkandır. Camaat namazı qılmaq koronavirusun çox yayılmasına səbəb olacaq. Buna görə də müsəlmanlar məscidlərə gəlməsinlər.

Parisin mərkəzi məscidinin idarə heyətinin rəisi Hafiz Şəmsuddin elan edib: Fransanın dini məsulları bu qərara gəliblər ki, dinimiz insanların canını qorumağa hər şeydən çox önəm verdiyi üçün koronavirusla mübarizə çərçivəsində müsəlmanlar Ramazan ayında məscidlərə gəlməsinlər. Dini təlimlərə əsasən bu kimi zamanlarda bəzi dini ayinləri müvəqqəti olaraq dayandırmaq olar.

3890718

Ad:
E-poçt:
* Comment:
* captcha: