IQNA

Hindistanda sərt karantin rejiminə etiraz edən kütlə polislərə hücum edib

11:17 - April 18, 2020
Xəbər sayı: 3487100
Tehran (IQNA) - Hindistanın Rajastan Tonk şəhərində sərt karantin rejiminə etraz edən kütlə polislərə hücum edərək onlara xəsarət yetiriblər.
Maide.Az "APA"-a istinadən xəbər verir ki, hadisə şəhərin “Kasaai mohalla” adlanan ərazisində olub. 
Hücum edənlərdən saxlanılanların olduğu bildirilir. Onlar polis idarəsinə gətirilərək istintaqa cəlb ediliblər.
Xatırladaq ki, oxşar hadisə aprelin 15-də Uttar Pradeş əyalətinin Moradabad şəhərində baş verib. Bu zaman hədəf xəstənin çağırışana gələn həkimlər briqadası olub. Yerli sakinlər həkimlərlə yanaşı polisləri də daşlamağa başlayıb.
Federal Səhiyyə Nazirliyinin məlumatlarına görə, ölkədə 13 mindən çox koronavirusa yoluxan var. Ölüm sayı isə 400-dən çoxdur. 
Karantin rejiminin müddəti mayın 3-dək uzadılıb. 
captcha