IQNA

Almaniyanın dini mərkəzləri May ayında açıla bilər

13:08 - April 18, 2020
Xəbər sayı: 3487103
Tehran (IQNA) -  Almaniyanın Müsəlmanlar Şurasının rəisi gələn ay bu ölkədə dini mərkəzlərin öz fəaliyyətini yenidən başlaya biləcəyini deyib.

Almaniyada yaşayan müsəlmanların İslami Şurası Məclisinin rəisi Bürhan Kəsici bu xəbəri elan edərək deyib: Koronavirusla mübarizə çərçivəsində bağlanmış dini mərkəzlərin May ayınca açılması ehtimalı var.

O bildirib ki, bu barədə Almaniyanın daxili işlər nazirliyində İslam, xristianlıq və yəhudilik dinlərinin rəhbərləri ilə görüş keçirilib və görüş zamanı bu barədə bəzi razılaşmalar əldə edilib.

Kəsici əlavə edib ki, bu barədə Almaniyanın kansleri və əyalət qubernatorlarının iclasından sonra qərar veriləcək.  

İslam Şurası Məclisinin rəisi bunu da vurğulayıb ki, ibadət məkanları açılarsa, hər kəs şəxsi sanitariyanı qorumalı və həmçinin müsəlmanlar ibadət yerlərinə öx şəxsi səccadələri ilə gəlməlidirlər. Məscidə fiziki fasiləni (2 metr) riayət etməlidirlər. Habelə məscidlərə gəlməmişdən öncə öz evlərində dəstəmaz almalıdırlar.

Qeyd edək ki, Almaniyada indiyədək 138 min 456 nəfərin koronavirusa yoluxması qeydə alınıb ki, bundan da 4193 nəfəri vəfat edib.     

3892319

 

captcha