IQNA

8:34 - April 21, 2020
Xəbər sayı: 3487116
Tehran (IQNA) -  Mərakeşin vəhabi-sələfi mollaları qəribə fətva ilə gündəmə gəliblər: "Televiziyadan canlı yayımda namaz qılan imama iqtida edə bilərsiz".

Mərakeşin tanınmış alimi və Ali Dini Elmi Şuranın üzvü Əlhüseyn Ayət Səid mübarək Ramazan ayı gecələrində qılınan Təravih namazı barədə yeni fətva verib.

O, məscidlərin koronavirusa görə bağlandığı bir vaxtda Təravih namazının necə qılınması barədə sualı cavablandıraraq deyib: Bu namazı televiziyadan canlı yayıma qoşularaq qılmaq səhih və caizdir.

Ali Dini Elmi Şuranın üzvü əlavə edib: Bu yeni bir məsələ deyil. Qədim zamanlarda da Maliki və Şafei alimləri tərəfindən müzakirə edilmişdir.

O deyib: Təravih namazı nafilədir. Bu namazı insan oturduğu halda, miniklə hərəkət zamanı tək və camaatla qıla bilər.

 

Alimin fətvası ölkədə və sosial şəbəkələrdə skandal yaradıb. Bunun ardınca o, bu sözlərin onun fətvası olmadığını, qədim alimlərin sözü olduğunu iddia edib.

O vurğulayıb: Əgər fətva vermiş olsam belə kiməsə onun icrası vacib deyil. Bundan əlavə bu təkcə Mərakeşlilərə aiddir. Çünki uzaq yoldan iqitda caiz deyil. Habelə üfüqlər bir olmadığı və namaz vaxtları fərqli olduğu üçün müxtəlif ölkələrdə yaşayanlar bir-birlərinə iqtida edə bilməzlər.   

3892969

Ad:
E-poçt:
* Comment:
* captcha: