IQNA

İslam inqilabının böyük rəhbəri SEPAH-ın fəaliyyətini yüksək qiymətləndiriblər

12:16 - April 22, 2020
Xəbər sayı: 3487119
İslam inqilabının böyük rəhbərinin SEPAH-ın fəaliyyətini yüksək qiymətləndirməsinə dair müraciəti İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının hərbi ofisinin başçısı tərəfindən elan edilib.

SepahNyusun verdiyi məlumata görə, İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının hərbi ofisinin başçısı General Mayor Məhəmməd Şirazi İslam İnqilabının Keşikçiləri Korpusu SEPAH-ın baş komandanı General Palkovnik Hüseyn Səlami ilə telefon əlaqəsi saxlayaraq islam inqilabının böyük rəhbəri və İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Həzrət Ayətullahül-üzma Xameneinin SEPAH-ın təsis olunmasının ildönümü günü münasibəti ilə etdikləri müraciətini onun diqqətinə çatdırıblar.

Bu telefon əlaqəsində General Şirazi islam inqilabının böyük rəhbərinin müraciətinin SEPAH-ın hər bir əməkdaşına və onların hörmətli ailələrinə çatdırılmasını istəyib.

Həzrət Ayətullahül-üzma Xamenei bu müraciətdə həmçinin İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın dəyərli fəaliyyətləri və səylərinə görə öz minnətdarlığını bildiriblər.

İslam İnqilabı Keşikçiləri Korpusu 1979-cu il aprelin 2-də İran İslam Respublikasının banisi həzrət İmam Xomeyninin(r.ə) fərmanı əsasında təsis edildi.

Sahartv

Teqlər: İslam İnqilabı ، sepah ، iran ، iqna
captcha