IQNA

Yəmənli Quran xəttatı koronavirusdan vəfat etdi

13:05 - May 03, 2020
Xəbər sayı: 3487178
Tehran (IQNA) -  Yəmənli Quran xəttatı və hüsnxətt ustadı Şeyx Xəms bin Məhfuz Hüveyda koronavirus xəstəliyi səbəbi ilə dünyasını dəyişib.

"TəhdisNet" informasiya portalının verdiyi xəbərə görə, Yəmənli Quran xəttatı və hüsnxətt ustadı Şeyx Xəms bin Məhfuz Hüveyda koronavirus xəstəliyi səbəbi ilə Səudiyyə Ərəbistanın Mədinə şəhərində vəfat edib.

Məşhur xəttatın vəfatı münasibəti ilə Müsəlman Alimləri Dünya Birliyi başsağlığı ismarıcı yayıb.

Yəmənin Həzərmut vilayətinin Şəbam regionundan olan məşhur Quran xəttatı cavanlığından kitabət ilə məşğul olmuş və yaşadığı rayonda xoş əxlaqlı bir insan kimi tanınmışdır.

Cavanlığından Vəhyin kitabəti ilə məşğul olan Ustad Hüveyda sonralar Mədinə şəhərinə mühacirət edir və burada yaşayır.   

3895987

درگذشت خوشنویس یمنی قرآن بر اثر کرونا

درگذشت خوشنویس یمنی قرآن بر اثر کرونا

 

 

 

captcha