IQNA

12:48 - May 27, 2020
Xəbər sayı: 3487298
Livan "Hizbullah" hərəkatının baş katibi Seyid Həsən Nəsrullah İsrail rejimi ordusunun Livanın cənubundan çıxarılmasının 20-ci ildönümü ilə əlaqədar Livanın "Ən-Nur" radiosuna müsahibə verib.
Seyid Həsən Nəsrullah bildirib ki, İsrail rejimi  İordaniyanı bütün Fələstini ələ keçirməyə çalışaraq, vətənlərinə qayıtmaq istəyən qaçqınlara alternativ vətənləri kimi göstərmək istəyir: 
 
Bu gün "Hizbullah"ın 2000-ci ildəkindən daha güclü olduğunu qeyd edən Nəsrullah ""Hizbullah" həm üzvlər, həm də avadanlıq baxımından yaxşı vəziyyətdədir. Sionist mütəxəssislər bunu dəfələrlə etiraf ediblər. 
 
Müqavimət qüvvələri 1982-ci ildən 2000-ci ilə qədər Livanın cənubundakı inkişafları izləyib. Düzgün məlumat və analizlər nəticəsində düşmənə qarşı qoruyucu qüvvə yaratmaq strategiyası irəli sürüldü. Sionist rejim Livanın cənubundakı mülki insanları müqavimət qüvvələrinin zəifliyi olaraq gördü. Buna görə də daha çox yaşayış məntəqələrini və tarlaları hədəfə almağa çalışırdı. Nəticədə biz də işğal olunmuş ərazinin şimal bölgələrini vurduq", - deyib. 
Qərb sahildəki qanunsuz yəhudi məskunlaşma planına diqqət çəkən Nəsrullah "İsrail 1982-ci ildə İordaniyaya qarşı hiylə etdi və bu gün Qərbi Şəriyanı tamamilə işğal etməyi düşünərək, yeni bir planı icra edir. Sionistlər bütün Fələstini ələ keçirməyə çalışdılar və İordaniyanı vətənlərinə dönmək istəyən qaçqınlara alternativ vətənlərini kimi göstərmək istədilər", - deyə bildirib. 
 
Bölgədə sionist rejimin mövcudluğunun ABŞ-ın verdiyi dəstəyə bağlı olduğunu bildirən Həsən Nəsrullah bildirib ki, İsrail qanuni bir dövlət deyil. Məhv edilməli olan qəti bir pislik və xərçəng şişidir: 
 
"İsrail yəhudi din dövləti deyil. Qırğınlar və qətllər həyata keçirən bir rejim din dövləti ola bilməz. Bu, irqçilikdir və inanırlar ki, yer üzündəki ən yüksək insanlardır. İrqçi İsrail rejiminin məhv olacağına əminik. Çünki gündən-günə gücünü itirir. 2000-ci il əvvəlki kimi deyil və gələcək müharibələrdə məğlub olacaq. İsrail kənardan dəstəyini itirəndə yox olacaq. İsrailin var olma tarixinin maksimum müddəti 2035-ci ilədək davam edəcək".
Ad:
E-poçt:
* Comment:
* captcha: