IQNA

10:13 - June 01, 2020
Xəbər sayı: 3487321
Tehran (IQNA) -  Ərəbistanın Mədinə şəhərində İslam dünyasında ilk dəfə olaraq "Quran və Quran elmlərinin kitabətinin (yazılmasının) araşdırılması" kafedrası təsis edilib.

Mədinə şəhərinin Təyyibə universitetində "Quran və Quran elmlərinin kitabəti (yazılması) barədə araşdırmalar" kafedrası açılıb.

Təyyibə universitetinin rəisi Əbdüləziz Sərani bu barədə deyib: Yeni təsis edilən kafedrada Quranın kitabəti, yəni Peyğəmbər (s) dövründə Qurani-Kərimin səhabələr və vəhy katibləri tərəfindən yazılması metodları və Quranın öyrənilməsi üçün təsis edilmiş elmlərin öyrənilməsi üzrə araşdırmalar aparılacaq.

O əlavə edib: Quranın kitabəti, yəni Peyğəmbər (s) dövründə Qurani-Kərimin səhabələr və vəhy katibləri tərəfindən yazılması medotları Quranın möcüzə olmasını göstərən elmlərdən biridir.

Təyyibə universitetinin rəisi vurğulayıb: Bu elm İslam elmləri arasında öz mövzusuna görə çox əhəmiyyətlidir. Yeni təsis edilmiş kafedra unudulmaqda olan bu məsələnin araşdırılması, bu barədə elmi irsin qorunması və elm kimi yayılmasına və həmçinin səhabələrin və İslam alimlərinin Quranın kitabət edilməsi və qorunmasında göstərdiyi xidmətləri işıqlandırmağa xidmət edəcək.

Təyyibə universitetinin araşdırmalar kafedrasının proqramlarına nəzarət şöbəsinin rəisi Abdullah Baslame bu barədə deyib: Qurani-Kərimin kitabəti metodları kafedrasının əsas hədəfi Quranın kitabəti məsələsi ilə digər Quran araşdırmaları arasında əlaqə yaratmaqdır. Bu məsələ elmi kadrların Qurani-Kərimin təcvid, bəlağət, fəsahət və digər Quran elmləri barədə biliklərini gücləndirəcək.

3902139

Ad:
E-poçt:
* Comment:
* captcha: