IQNA

12:51 - June 01, 2020
Xəbər sayı: 3487325
Verilən məlumatlara əsasən, Qurani-Kərimin ən qədim təfsirlərindən biri Azərbaycan oxucularının ixtiyarına verilib.

X əsr İslam alimlərindən olan Şeyx Əbu Nəzr Muhəmməd ibn Məsud Əyyaşi Süləminin “Təfsirul-Əyyaşi” adlı əsəri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazəsi ilə “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzində çap olunaraq işıq üzü görüb.

Əsəri orijinal ərəb dilindən Azərbaycan dilinə AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Hilal Ağamoğlanov tərcümə edib.

Layihənin elmi redaktoru Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov, rəyçisi AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aslan Həbibovdur.

980 səhifədən ibarət olan kitab dövrümüzə gəlib çatan ən qədim Quran təfsirlərindəndir. Təfsirdə elmin mədəni sayılan Hz.Peyğəmbər (s) və Əhli-Beyt İmamlarından (ə) nəql olunan rəvayətlər cəm edilib.

Bu haqda saytımıza təfsir kitabının ərsəyə gəlməsində rolu qrupdan məlumat verilib.

Orta əsr və müasir dövr alimlərin əsas istinad mənbələrindən biri hesab olunan əsərdə şərhlər yalnız barəsində hədis və ya rəvayət olan ayələr barədə verilir, digər ayələrin təfsirinə toxunulmur, ayələrlə bağlı müəllifin və ya başqa alimlərin fikirlərinə yer verilmir.

Əsərin hazırda mövcud olan nüsxəsi “əl-Fatihə”dən “əl-Kəhf”ədək olan surələrin təfsirini ehtiva edir.

Ən qədim Quran təfsirlərindən biri azərbaycanca tərcümə olunub - Foto
Mənbə: İslamazəri

Teqlər: Quran ، müsəlman ، iqna ، Azərbaycan
Ad:
E-poçt:
* Comment:
* captcha: