IQNA

13:35 - June 01, 2020
Xəbər sayı: 3487326
Tehran (IQNA) -  İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Xamenei cənablarının çıxışları əsasında təlif edilmiş "250 yaşlı insan" kitabının 2-ci cildi çap və nəşr edilib.

Həzrət Ayətullah Üzma Xamenei cənablarının "250 yaşlı insan" kitabının ikinci cildinin Tayi dilində tərcüməsi İran İslam Respublikasının Taylanddakı Mədəniyyət Əlaqələri Mərkəzi tərəfindən çap və nəşr edilib.

Kitabda Həzrət Ayətullah Üzma Xamenei cənablarının məsum imamlarımızın (ə) siyasi və ictimai həyat tərzi və sirəsi barədə çıxışlarının mətni və əlyazmaları yer alıb.

Bu iki cildli dəyərli əsəri Taylandın məşhur mütərcimi və alimi Abdullah Münciyat tərcümə edib.

Kitab Taylandın Bankok şəhərinin "Vikaya" nəşriyyat tərəfindən 1000 tirajla nəşr edilib.

Qeyd edək ki, kitabın birinci cildi keçən ilin (2019) payızında tərcümə və nəşr edilmişdi.  

Xatırladaq ki, İran İslam Respublikasının Taylanddakı Mədəniyyət Əlaqələri Mərkəzi indiyədək 150-dən çox kitabı tərcümə və nəşr etmişdir.

Həmçinin bu ölkədə əl-Mustafa Beynəlxalq İslam Akademiyasi 65 və İslami Araşdırmalar Mərkəzi 85 kitab tərcümə və nəşr etmişdir.    

3902321

 

Ad:
E-poçt:
* Comment:
* captcha: