IQNA

16:30 - June 17, 2020
Xəbər sayı: 3487422
"Bəzi siyasi partiyaların Müqavimət qüvvələrini silahsızlaşdırmağa çalışması faydasızdır". - bunu HIZBULLAH təşlilatının baş katibi ötən axşam bölgədə baş verən proseslərlə bağlı çıxışında deyib.  

Livanda keçirilən aksiyalara münasibət bildirən Livan İslami Müqavimət Hərəkatının (HIZBULLAH) baş katibi Seyyid Həsən Nəsrullah deyib ki, bəzi etirazçıların Hizbullahın silahsızlaşdırılması üçün  şüar səsləndirməsi səhvdir. 

Seyyid Həsən Nəsrullah  sabiq İslam Cihad Hərəkatının baş katibi Ramazan Abdullah Şallahın vəfatı münasibətilə başsağılığı verib və deyib ki,  Ramazan Abdullah Fələstin məsələsinə inanan bir komandir idi və Fələstin müqavimət qrupları arasında birliyin vacibliyini hər zaman vurğulayardı. 

Seyyid Həsən Nəsrullah qeyd edib ki,  doktor Ramazan Abdullahın səyləri İslam Cihad Hərəkatının inkişafına səbəb oldu.  

Seyyid Həsən Nəsrullah İsrail və ABŞ-ın İordaniya çayının Qərb Sahilində ilhaq planına qarşı çıxmaq üçün Fələstin müqavimət qüvvələrinin doktor Ramazan Abdulah kimi kimi bir şəxsiyyətə ehtiyacı olduğunu bildirib.

Livandakı son hadisələri qiymətləndirən Nəsrullah, Beyrut hökumətinin istefası ilə bağlı yayılan söz-söhbətlərin həqiqəti əks etdirmədiyini söylədi və istefa məsələsinin heç müzakirə edilmədiyini qeyd etdi. 

Livanda sülhün və birliyin hökm sürməsini istədiklərini qeyd edən Seyid Həsən Nəsrullah, müqavimətin tərksilah olması şüarının amansız bir hərəkət olduğunu və bununla bağlı çağırışların Livan xalqı üçün prioritet olmadığını söyləyib: “Bu düzgün olmayan bir tələbdir. Müqavimət işğalçı İsrail rejiminə qarşı mübarizədə strateji düşüncə təklif etdi. Müqavimət silahı bəzi mübahisələrdən daha çox strateji ideologiya və mədəniyyətin bir hissəsidir.

Kim bizi iki seçim arasında qoyursa ya silah, ya da aclıq, biz onlara deyirik: Silahlarımız əlimizdə qalacaq və sizi öldürəcəyik!”

Hizbullah və Amal hərəkatına qarşı ittihamlara cavab olaraq Seyid Həsən Nəsrullah bunları deyib: “Şənbə və bazar günlərində şiddətli hadisələrə görə şiələri və Cənubi Dahiyəni ittiham etmək qəbuledilməzdir. Hər hansı bir qarşıdurma və gərginliyin qarşısını almaq üçün lazım olsa, küçələrə çıxa bilərik”.

Hizbullahın lideri Suriyaya qarşı sanksiyalar barədə isə bunları deyib: “ABŞ-ın Sezarın qanununa müraciət etməsi Suriyanın hərbi və səhra müharibələrində qalib gəlməsinin sübutudur. Təhlükəsizlik və hərbi müharibələrdə Suriyanın yanında olan müttəfiqləri onu iqtisadi müharibədə tək qoymayacaqlar. Sezar qanunu Suriya millətini hədəfə alır və bu ölkədə xaos və vətəndaş müharibəsi yaratmaq məqsədi güdür”.

Seyid Həsən Nəsrullah ABŞ-ın Livan Mərkəzi Bankının bazara dollar axınının qarşısını aldığını söyləyərək, Livanda yerli valyutanın dollar qarşısında dəyərdən düşməsini təhlil edib.

Livan lirəsinin dəyərdən düşməsində ABŞ-ı ittiham edən Seyid Həsən Nəsrullah, Vaşinqtonun Hizbullah üzərindən Suriya və İrana valyuta axınlarının qarşısını almaq üçün Livan Mərkəzi Bankının bazara dollar buraxmasına icazə vermədiyini söyləyib.

Təsdiqlənmiş və rəsmi məlumatlara əsaslandığını söyləyən Seyid Həsən Nəsrullah, sözlərini belə davam etdirib: “Dolların bahalaşmasına etiraz edənlər kimə etiraz etdiklərini bilməlidirlər. Polis qüvvələri də dollar toplayanları ifşa etməlidirlər. Livanda 2019-cu ildən etibarən Suriya və İrandan kənar ölkələrə göndərmək üçün on milyonlarla dollar almış bir bank var. 2019-cu ilin sentyabrından 2020-ci ilin fevral ayına qədər Livandan 20 milyard çıxarıldı”.

Seyid Həsən Nəsrullah  sionist rejimin də  Livanda baş verən son proseslərdə əlinin olduğunu vurğulayıb və qeyd edib ki, ABŞ  Livandan və ölkənin iqtisadiyyatından  öz mənafelərinə çatmaq  üçün istifadə edir. 3905366

 

 

Ad:
E-poçt:
* Comment:
* captcha: