IQNA

15:17 - June 19, 2020
Xəbər sayı: 3487433
Tehran (IQNA) - Avropa Parlamentinin onlarla üzvü Bəhreyn Kralına vicdan məhbuslarının, o cümlədən məşhur siyasi məhbusların sərbəst buraxılmasını tələb edən məktub göndərib.

Avropa Parlamentinin 60 üzvü Bəhreyn kralı Hamd bin İsa Ali Xəlifəyə məktub ünvanlayaraq həbsxanalarda olan siyasi məhbusların azadlığa buraxılmasını istəyiblər.

17 mart 2020-ci ildə 1786 məhkumun həbsdən azad edilməsini yüksək qiymətləndirdiklərini vurğulayan Parlament üzvləri hələ də həbsxanalarda siyasi məhbusların, o cümlədən hüquq müdafiəçilərin olduğunu diqqətə çatırıblar.

Qeyd edək ki, Bəhreyn Krallığında edam hökmü qüvvədədir və son zamanlar məhbusların edamı Beynəlxalq təşkilatlarda və dünya mətbuatında etirazla qarşılanır. 3905576

 

Ad:
E-poçt:
* Comment:
* captcha: