IQNA

Quran kitabət edən ustad 130 yaşında vəfat etdi – FOTO

12:34 - June 25, 2020
Xəbər sayı: 3487477
Tehran (IQNA) -  Sudanın "Cəbəl Əriq" əyalətinin Cenina şəhərində yaşayan Quran kitabətçisi və hüsnxətt ustadı Şeyx Quni Büşrat İsmail Müsəyri 130 yaşında vəfat edib.

"Sudafaks" informasiya portalının verdiyi xəbərə görə, Şeyx Quni Sudanın tanınmış Quran müəllimi idi və ömrünün son günlərindək Quran tədrisi ilə məşğul olurdu.

Sudanın ən qoca vətəndaşı sayılan Şeyx Quni bütün Afrika ölkələrində hörmətlə yad edilirdi. Çünki 30 yaşında ikən Qurani-Kərimi müxtəlif qiraətlər əsasında gözəl yazı üslubu ilə kitabət etmişdi.

Şeyx Quninin dostu Üsamə əl-Əşqər deyir: O, az yeyər və az danışardı. Eşitməyi də zəif idi. Sudanda Quranı əzbər bilən hər kəs onu ziyarət etmiş və dərsindən faydalanmışdı. Quran tədrisi üçün ya özü Quran məktəbxanalarına gedər, ya da şagirdləri onun evinə gedərdilər.  

"Şeyx Quni Qurani-Kərimi qədim "mərakeşi (məğribi) yazı metodu" ilə yazardı. Kitabət zamanı müxtəlif rənglərdən və həndəsi fiqurlardan istifadə edərdi. Əsasən Vərşin Nafedən rəvayəti əsasında kitabət edirdi. Bu metod ilə Quranı yüz dəfədən çox əzbərdən kitabət edib və Quran alimlərinə hədiyyə verib" – deyə Üsamə əlavə edib. /3906732

 
Teqlər: sudan ، mərakeş ، məğrib ، qoca hafiz ، kitabət ، hifz
captcha