IQNA

20:13 - June 26, 2020
Xəbər sayı: 3487486
Tehran (IQNA) -  Həzrət İmam Rzanın (ə) mübarək məzarının üzərindəki zərihin (dəmir çərçivə) üzərinə örtülən parçanın tikilməsi və daşlarla bəzədilməsi layihəsi başlayıb.

Zərihin üzərinə örtülən parçaya Fars dilində "Puş Səng" (daş ilə örtülmüş parça) deyilir. Çünki parçanın üzərinə qiymətli daşlarla bəzək vurulur.

Uzunu 192 sm və eni və hündürlüyü 92 sm olan bu parça xüsusi iş sexində hazırlanır. Parçanın üzərinə 3364 ədəd daşqaş və muncuq tikilir. Parça ümumilikdə 4000 kiçik və 344 böyük hissələrdən ibarətdir. Bu hissələr ayrılıqda tikilir və sonra birləşdirilir. Parçanın üzərində müxtəlif ölçülərdə iynə ilə işlənmiş 3020 düymə var.

Parça 6 ayə və 381 müqəddəs sözlə (Allahın adları, İmam Rzanın ləqəbəri, 14 məsumun adı və Nəcmə xatun) dizayn edilib.

Qeyd edək ki, bu zərli-zibalı parçanı incəsənət işlərində məharəti olan xanımlar hazırlayır və işin 90 faizi görülüb.

Parça Həzrət İmam Rzanın (ə) mövludu günü zərihin üzərinə örtüləcəkdir.  /3906740

 
 
Ad:
E-poçt:
* Comment:
* captcha: