IQNA

12:22 - June 30, 2020
Xəbər sayı: 3487515
İraq "Hizbullah"-nın baş katibi Əhməd əl-Həmidavi ABŞ-ı ittiham edən bəyanat yayıb.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla xəbər verir ki, İraqın "Kətaib Hizbullah" briqadalarının baş katibi Əhməd əl-Həmidavi dünən axşam saatlarında son baş verən hadisələrlə əlaqədar olaraq bəyanatla çıxış edib.

 O, bəyanatında vurğulayıb ki, müqavimət cəbhəsi heç bir halda silahlı mübarizədən geri çəkilməyəcək.

 "Heç bir halda terrorçular və onların dəstəkçilərindən qorxmuruq. Onlar İraqın əvvəlki günlərinə qayıtmağını istəyirlər. Rifah və təhlükəsiz İraq onların istədiyi ölkə deyil", - deyə Əhməd əl-Həmidavi diqqətə çatdırıb.  

Əhməd əl-Həmidavi əlavə edib ki, İraq döyüşçüləri ABŞ və əlaltı terrorçularını hər cəbhədə məğlub edəcəklər. 

Teqlər: İraq ، Hizbullah ، ABŞ ، Amerika
Ad:
E-poçt:
* Comment:
* captcha: