IQNA

19:17 - July 04, 2020
Xəbər sayı: 3487542
Tehran (IQNA) -  Təkfirçi vəhabilərin idarə etdiyi Səudiyyə Ərəbistanın "əş-Şərqul-əvsət" qəzeti Cümə günü şiələrin təqlid mərcəsi Həzrət Ayətullah Üzma Sistaninin karikaturasını çəkərək təhqir edib.

Təkfirçi vəhabilərin idarə etdiyi Səudiyyə Ərəbistanın "əş-Şərqul-əvsət" qəzeti Cümə günü (3 İyul 2020) şiələrin təqlid mərcəsi Həzrət Ayətullah Üzma Sistaninin karikaturasını çəkərək təhqir edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı mediası bundan öncə də İraqın və şiələrin dini və milli sivmollarını təhqir edib.

Son aylarda Səudiyyə Ərəbistanının mediası Amerikanın terror etdiyi Şəhid Əbu Mehdi Mühəndisi də təhqir etmişdilər.

NÜCƏBA İslami Müqavimət Hərəkatı terrorçu və təkfirçi Səudiyyə Ərəbistanın bu addımını məhkum edərək İraq parlamentindən bu barədə ciddi ölçü götürmələrini tələb edib.

Nəcəf şəhərinin Vəkillər klubu Səudiyyə Ərəbistanın şiə təqlid mərcəsini təhqir etməsi ilə bağlı beynəlxalq məhkəməyə şikayət edərək bu işə baxılmasını tələb edib.

Vəkillər klubu bəyanat yayaraq bildiriblər ki, şiələrin təqlid mərcəsi Həzrət Ayətullah Üzma Sistani İŞİD-lə mübarizə zamanı öz fətvası ilə milyonlarla insanı mənhus terrorçuların caynağından xilas etdi və müsəlmanlar arasında vəhdət yaradaraq düşmənlərin məkirli planlarını alt-üst etdi.

İraqın SAİRUN koalisiyası da bəyanat yayaraq Səudiyyə Ərəbistanın bu qəzetinin işini məhkum edib. 3908567

 

Ad:
E-poçt:
* Comment:
* captcha: