IQNA

15:05 - July 13, 2020
Xəbər sayı: 3487612
"Beynəlxalq İmam Rza (ə) festivalının" kompleks elektron bazası yaradılır. Bunu İmam Rza (ə) adına beynəlxalq Mədəniyyət Fondun rəhbərinin ali müşaviri Seyid Calal Fəyyazi deyib.
IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.az-a istinadla xəbər verir ki, Seyid Calal  Fəyyazi  deyib ki,  hazırda 17 dövr keçirilən festivala təqdim olunmuş  əsərlərin toplanması və elektronlaşması prosesi gedir. "Müxtəlif sahələr o cümlədən  dastan,  səs, musiqi, araşdırma və s. əsərlər  toplanaraq  kompleks şəkildə elektron  bazaya yerləşdiriləcək." 
 
Elektron bazada həmçinin İmam Rza (ə) haqqında yazılmış müxtəlif dissertasiya işləri, kitablar, yazılar, məqalələr və  fotolar  da  yer alacaq. 
 
O deyib ki, elektron bazanın lazimi proqram təminatı üçün aidiyyatı şirkətlə müqavilə imzalanıb. "Gələn il  elektron bazanın yaradılması üçün işlərə başlanacaq  və yaxın iki ildə bu baza xalqın istifadəsinə verilməsi proqnozlaşdırılır". 
 
Onun sözlərinə görə, hələlik elektron baza  fars dilində  fəaliyyətə başlaycaq və daha sonra müxtəlif xalqların bu əsərlərdən istifadəsini təmin etmək üçün elektron bazanın  ingilis, ərəb, urdu və digər dillərə  də tərcümə olunması nəzərdə tutulub. 
Ad:
E-poçt:
* Comment:
* captcha: