IQNA

Fransada XV əsrə aid kilsə yandı

15:11 - July 18, 2020
Xəbər sayı: 3487653
Fransanın Nant şəhərində yerləşən Pyotr və Pavel kilsəsində yanğın baş verib. Yanğın binanın daxilindən başlayıb. XV əsrə aid kilsədəki hadisə haqda məlumat bu gün yerli vaxtla 06:44-də daxil olub.

Az.shafaqna.com “Le Monde”-ya istinadən xəbər verir ki, Fransanın Nant şəhərində yerləşən Müqəddəs Pyotr və Pavel kilsəsində yanğın baş verib.

Yanğın binanın daxilindən başlayıb. XV əsrə aid kilsədəki hadisə haqda məlumat bu gün yerli vaxtla 06:44-də daxil olub.

Hadisə yerinə 60 nəfər yanğınsöndürəndən ibarət dəstə göndərilib. İnsidentin səbəbləri bəlli deyil.

Qeyd edək ki, adıçəkilən məbəddə daha öncə 1972-ci ildə də güclü yanğın olub və bərpa işləri 1985-ci ilədək davam edib.

Teqlər: fransa ، kilsə ، nant ، pyotr ، pavel
captcha