IQNA

"Filippinin cənub müsəlmanları" kitabının təqdimatı keçiriləcək

10:28 - July 21, 2020
Xəbər sayı: 3487691
Tehran (IQNA) -  Sabah, həftənin Çaharşənbə günü, 22 İyul 2020-ci il, IQNA-da müəllif və araşdırmaçıların iştirakı ilə "Filippinin cənub müsəlmanları" kitabının təqdimatı mərasimi keçiriləcək.

Mərasim kitabın müəllifləri xanım Təndis Təqəvi və Məhəmməd Cəfəri Məlik, xarici işlər nazirlərinin bir sıra məsulları, İslami Əlaqələr və mədəniyyət təşkilatının məsulları və Ali Dini Rəhbərin Universitetlərdə İslam Maarifi və Mədəniyyəti üzrə təşkilatının nümayəndələri iştirak edəcəklər.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Höccətul-İslam vəl-müslimin şəhid Seyyid Mehdi Təqəvi" salonunda keçiriləcək mərasim yerli vaxtla saat 10:00-da başlayacaq.  

Qeyd edək ki, kitabın müəllifləri Filippində rəsmi səfərdə olduqları vaxt bu ölkədə yaşayan müsəlmanlar barədə araşdırmalarını qələmə alıblar.

Kitabda Filippində yaşayan müxtəlif müsəlman tayfaları, onların tarixi, ictimai və dini həyat tərzləri və həmçinin Filippində terrorizmin tapılması səbəbləri barədə dəyərli məlumatlar verilmişdir.  /3911571

captcha