IQNA

11:21 - July 22, 2020
Xəbər sayı: 3487701
Tehran (IQNA) -  Hicri-Qəməri tarixinın ayları arasında mübarək Zil-Hiccə ayının özünəməxsus yeri var. Bu ayda İslamın iki böyük baryamı, yəni Qurban və Qədir-Xum bayramları yer almışdır.

Dini mənbələrdə mübarək Zil-Hiccə ayının ilk 9 gününü oruc tutmaq və ilk 10 gecəsində aşağıdakı göstərilən namazı qılmağın savabı 80 ayın ibadətinin savabına bərabədir. İmam Baqir (ə) buyurur ki, bu namazı qılana qəbul olunmuş Həcc əməllərinin savabı verilir.

Zil-Hiccə ayının ilk 10 gecəsinin namazı

Bu namaz (Zil-Hiccə ayının namazı niyyəti ilə) eyni ilə Sübh namazı kimi 2 rəkət qılınır. Qılınma vaxtı hər gecə Məğrib (ŞAM) namazı ilə İşa (xüftən) namazının arasıdır.

Bu namazın Sübh namazı ilə təkcə fərqi budur ki, hər rəkətdə İxlas (Qul hu vəllah) surəsindən sonra Ə`raf surəsinin 142 ayəsi bir dəfə tilavət edilməlidir.  

«وَ واعَدْنا مُوسى ثَلاثينَ لَيْلَةً وَ أَتْمَمْناها بِعَشْرٍ فَتَمَّ ميقاتُ رَبِّهِ أَرْبَعينَ لَيْلَةً وَ قالَ مُوسى لِأَخيهِ هارُونَ اخْلُفْني في قَوْمي وَ أَصْلِحْ وَ لا تَتَّبِعْ سَبيلَ الْمُفْسِدين»

Ayənin oxunuşu:

"Və vaədna Musa səlasinə ləylətən və ətməmnaha bi əşrin, fətəmmə miqatu rəbbihi ərbəinə ləylətən və qalə Musa li əxihi Harunəxlufni fi qovmi və əslih və la təttəbi` səbiləl mufsidin".

Ayənin tərcüməsi:  

"Və Musa ilə (Tövratı qəbul etməyə hazır olması üçün) otuz gecə(və gündüz ibadət) vədə(si) qoyduq və onu daha on gecə ilə kamilləşdirdik. Beləliklə, onun Rəbbinin qoyduğu vədə qırx gecə ilə sona çatdı. Musa (vədələşdiyi yerə gedəndə) qardaşı Haruna dedi: «Qövmümün içində canişinlik et, islahla məşğul ol və fəsad törədənlərin yoluna tabe olma». /3911813

Ad:
E-poçt:
* Comment:
* captcha: