IQNA

Avropanın İslam mərkəzlərinin ilk jurnalı nəşr edildi

12:49 - July 26, 2020
Xəbər sayı: 3487734
Tehran (IQNA) –  İslam mərkəzlərinin İsveçrə də yerləşən Avropa Birliyinin ilk elmi ixtisaslaşdırılmış jurnalının sınaq çapı və nəşri həyata keçirilib.

Dini mövzularda ixtisaslaşdırılmış ilk nəşriyyə ötən gün (Şənbə, 25 İyul 2020-ci il) "Li-Təarəfu" (bir-birinizi tanıyın / Hücürat:13) adı ilə çap və nəşr edilib.

Bu jurnalının əsas hədəfi İslam dini və müsəlmanların əqidəsi və həyat tərzini, İslam dininin mədəni dəyərlərini, humanistliyini və sülhamiz bir din olmasını avropalı insanlara çatdırmaq, tolerantlığı gücləndirmək, radikalizmlə mübarizə və müsəlmanlar ilə qeyri-müsəlmanlar arasında sülhü təmin etməkdir.

Jurnalın digər hədəfi isə Avropanın İslam mərkəzlərinin bu ölkələrdə ziyalılığı yaymaq və İslam və müsəlmanlar barədə insanlara doğru məlumat ötürməsində çalışmalarını göstərməkdir.

İslami mərkəzlərin Avropa Birliyi Ərəbcə çap və nəşr edilən bu jurnalın yazılarını İngilis və Fransız dillərinə də tərcümə edir. /3912570

captcha