IQNA

23:28 - August 03, 2020
Xəbər sayı: 3487805
Tehran (IQNA) - Bütün zamanların ən zəngin və ən səxavətli insanı 14-ci əsrdə yaşamış Mansa Musa adlı bir imperatorun müsəlman və həm də Hacı olduğunu bilirdinizmi?
Mansa Musa adının mənası  - “Kralların Kralı Musa”
 
Mansa Musa adının anlamı ”˜Kralların Kralı”™ Musa”™dır.
 
Həyatı boyu xeyli adı olub - Mellenin Əmiri, Vangara Mədənlərinin Lordu, Qanatanın Fatehi, Lionun Aslanı və Qanlı Musa kimi. Amma Qərbdə Mansa Musa kimi tanınıb.
 
Mali İmperiyasının 10-cu hökmdarıdır
 
Mansa Musanın atası Sundiata Keitanın qardaşıdır. Sundiata Keita Mali İmperiyasının banisidir. II Əbu Bəkr Atlantik okeanına etdiyi səyahətdən qayıtmayınca Mansa Musa hökmdar olub. Krallar səyahətə çıxdıqları zaman, xüsusilə Həccə getdikləri vaxtlarda özlərinin yerinə ailələrindən bir vəkil təyin edərdilər. Bu vəkillər, daha sonra taxta keçəcək başçı olardılar. İmperator II Əbu Bəkr Atlantik okeanını öyrənmək üçün səyahətə çıxanda Mansa Musanı vəkil olaraq seçir. Əbu Bəkir bu səyahətindən geri qayıtmır və 1307-ci ildə Mansa Musa Mali İmperiyasının 10-cu hökmdarı olaraq taxta keçir.
 
Mansa Musanın Məkkəyə həcci əfsanə olub
 
Her zaman yanında servetinin büyük bir kısmını taşırmış ve umursamazca, hiç düşünmeden harcarmış.
 
1324-ci ildə, yəni çarlığının 17-ci ilində Həccə gedəndə zəngin olduğunu keçdiyi hər yerdə artıqlaması ilə göstərib. Bu səfər insanların xatirə dəftərlərində, ölkələrin şifahi və yazılı tarixində yer alıb. Hər zaman yanında sərvətinin böyük bir hissəsini gəzdirirmiş və heç çəkinmədən xərcləyirmiş. Mansa Munsanın karvanının içində 60.000 nəfər və əlavə olaraq İran ipəyi geyinmiş 12.000 qul varmış. Həmçinin səfərdə hər biri 135 kq qızıl daşıyan 80 dəvəylə gəzirmiş. Həcc səfəri zamanı bütün pulunu xərcləmiş, insanlara qızıl paylayır və hədiyyələr verirmiş. Tarixçi Chinab al-umari  Qahirəyə 12 il sonra səfər edəndə orada yaşayanların hələ də Mansa Musaya dualar etdiyinə şahid olur.
حج متفاوت ثروتمندترین انسان تاریخ با اهداف اقتصادی و سیاسی
 
Tarixdə ilk infilyasiyaya səbəb olub
 
Man Musanın bu xərc vərdişləri Aralıq Dənizdə inflyasiyaya səbəb olub. Gəzdiyi şəhərlərdə payladığı əşya və hədiyyələrin qiyməti iqtisadiyyata təsir edib. Qahirə, Mədinə və Məkkədə metalın qiymətinin düşməsinə gətirib çıxarıb. Vəziyyətdən çıxmaq üçün Musa daha sonra yüksək faizlə qızıllarının bir qismini geri alıb. Buna baxmayaraq, 12 il sonra hələ də inflyasiya davam edib. Bütün tarix boyu yalnız bu zaman tək bir adamın Aralıq dənizi hövzəsində qızılın qiymətinə nəzarət etdiyi bəllidir.
 
Mansa Musa”™nın Mekke”™ye Haccı efsaneleşmiştir.
 
Məkkədən döndükdən sonar Qahirədən və İspaniyadan memarlar gətirən Mansa Musa, bir çox məscid və təhsil mərkəzi tikdirib. Musanın sarayı hazırda qalmasa da, universiteti və məscidləri hələ də mövcuddur. Mansa Musanın dövründə Timbuktu şəhəri ticarətin və informasiyanın mərkəzi halına gəlib. Timbuktudaki Sankore Universitetinin Orta Asiya və Afrikadan gələn müsəlman alimlər üçün bir elm mərkəzi olub. Dünyadan Mansa Musanın zənginliyini eşidənlər də Timbuktuya gəlib ticarət edirdilər.
 
Zenginliğinin yanında Batı Afrika”™nın en iyi hükümdarlarından biridir.
 
Onun hökmdarlığı zamanı Mali İmperiyası dünyanın ən böyük imperiyalarından biri olub. Mansa Musanın ölümündən 12 il sonra Mali İmperiyasını gəzməyə gedən bir tarixçi ölkənin şimalından cənubuna 4 aya gedə bilib. 
حج متفاوت ثروتمندترین انسان تاریخ با اهداف اقتصادی و سیاسی
 
Mansa Musa var-dövlətdə Bill Qeyts və Uorren Buffettin də önündədir. Hesablamalara görə, Musanın dəqiq sərvəti 400 milyard dollardır. Bunun ilk səbəblərindən biri də Malının dünyanı qızıl və duzla təmin etməsidir. İbn Fadl Allah al-Umariyə görə, müsəlman hökmdarlar arasında Mansa Musa ən güclü, zəngin, bəxtli və düşmənlərinin ən çox qorxduğu, eyni zamanda ətrafına ən çox yaxşılıq edən hökmdardır.
 
Mali İmparatorluğu”™nun 10. Hükümdarıdır.
Teqlər: Mansa Musa ، Mali ، Mədinə ، Məkkə ، Qahirə ، qızıl
Ad:
E-poçt:
* Comment:
* captcha: